Azərbaycan gömrükçüləri avtomobildən 5 ədəd mobil telefon və 2 400 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri avtomobildən 5 ədəd mobil telefon və 2 400 ədəd siqaret aşkar edib
10:47 3 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy On5" markalı mobil telefonlar, arxa oturacağın arxasından isə 2400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-avtomobilden-5-eded-mobil-telefon-ve-2400-eded-siqaret-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR