Pyotr azərbaycanlı qızla bağlı “ASAN xidmət”ə MÜRACİƏT ETDİ - FOTOLAR

Pyotr azərbaycanlı qızla bağlı “ASAN xidmət”ə MÜRACİƏT ETDİ - FOTOLAR
10:48 3 May 2017
Ölkə mətbuatı
A- A+

Nikaha daxil olmaq istəyən Dorojkin Pyotr və Hacıyeva Mədinənin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 15 000 000-cu müraciət kimi qeydə alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, Pyotr və Mədinə cütlüyü Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətinə müraciət ediblər.

15 milyonuncu vətəndaş müraciətinin sahibləri təntənəli nikah mərasimindən sonra “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/197365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR