"Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verildi

"Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verildi
10:55 3 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verilib.

Trend-in məlumatına görə, turun birinci mərhələsi Dövlət Bayrağı Meydanında başlayıb. Buradan velosipedçilər Sumqayıtadək 150 kilometr məsafəni qət edəcəklər.

Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.

İştirakçılar ikinci mərhələdə Bakı-İsmayıllı (187 km), üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə 836 kilometr məsafə qət edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq, bu il turun 4-cü mərhələsinə Ağsu dolayları əlavə edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2749463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR