Mingəçevirdə arvadının başını kəsən kişi tutuldu

Mingəçevirdə arvadının başını kəsən kişi tutuldu
10:57 3 May 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində arvadını amansızlıqla qətlə yetirən şəxs tutulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Mingəçevir şəhərinin Xətai küçəsindəki yaşayış binasında qeydə alınıb. Şəhər sakini Kənan Əzizov qısqanclıq zəminində aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı Əzizova Günel Yusif qızını bıçaqlayaraq qətlə yetirib.
 
Məlumata görə, iki uşaq anası Günel Əzizovanın bıçaqla başını kəsərək hadisə yerindən qaçan Kənan Əzizov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq istintaqa təhvil verilib. Qətlin hansı səbəbdən törədildiyi hələlik  məlum deyil.
 
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR