Bənövşəyi soğanı südlə qarışdırıb için

Demək olar ki, hər kəs soğanın insan orqanizminə olan faydalarını bilir. Bilinməyən xüsusiyyətlərindən biri isə bənövşəyi soğanla südün qarışdırılmasıdır.

Metbuat.az xəbər verir ki, bənövşəyi soğan süd qarışımı təzyiqi aşağı salır. Şəkər xəstəliyinə qarşı bənövşəyi soğan yemək olduqca faydalıdır. Burun qanamasını dayandırmaq üçün bənövşəyi soğan istifadə edilir.

Qanı saxlamaq üçün soğanı iki yerə bölüb, yarısını burnun ön hissəsinə bağlamaq lazımdır.

Sidik yollarında ağrı hiss edirsinizsə, bənövşəyi soğanı isidib ağrıyan yerin üzərinə qoyun. Ağrının azaldığını görəcəksiniz.

Bənövşəyi soğanın faydaları bunula bitmir. Ondan qabarları ortadan qaldırmadaqda da istifadə edilir. Bənövşəyi soğanı sirkənin içərisində qaynadın və döyənəkli bölgəyə qoyun. Bu əməliyyatı bir neçə dəfə təkrarlayın. Fərqi görəcəksiniz.

Ayaq və əl dırnaqlarınız tez qırılırsa, bənövşəyi soğan suyu ilə ovun.

Mədə ağrılarına və qarın sancılarına qarşı bənövşəyi soğan süd qarışığı çox təsirli bir üsuldur. Bənövşəyi soğanı incə-incə doğrayın və südün içində qaynadın. Südü için və dibində qalan soğanları yeyin.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR