Azərbaycanın Litvadakı səfiri Birştonas şəhərinin meri ilə görüşüb

Azərbaycanın Litvadakı səfiri Birştonas şəhərinin meri ilə görüşüb
11:02 3 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Birştonas şəhərinin meri Niyole Dirqinçienenin dəvəti ilə şəhər meriyasında olub.
Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, H.Məmmədzadə Azərbaycan və Litva arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini bildirib, ikitərəfli hökumətlərarası birgə komissiyanın və parlamentlərarası dostluq qrupunun fəaliyyətindən danışıb.
Səfir həmçinin Azərbaycanın son illərdə iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər haqqında Birştonas merinə məlumat verib.
N.Dirqinçiene Azərbaycanda olduğunu qeyd edərək, azərbaycanlıların qonaqpərvərliyindən söz açıb və Bakının gözəlliyinin onu valeh etdiyini bildirib. Daha sonra mer şəhərinin tarixi, mədəni abidələri və sosial-iqtisadi vəziyyəti barədə məlumat verərək, şəhərdə fəaliyyət göstərən sanatoriyalar haqqında danışıb və Azərbaycandan turistləri qəbul etməyə hazır olduqlarını vurğulayıb.
Görüş zamanı, həmçinin Birştonas və Azərbaycanın şəhərlərindən biri arasında əməkdaşlıq münasibətlərinin qurulması məsələsi müzakirə olunub. Qeyd edilib ki, bu münasibətlər iki şəhər arasında bütün sahələrdə əməkdaşlığın qurulması üçün imkan yaradacaq.
H. Məmmədzadə Birştonas şəhərindəki turizm obyektləri və sanatoriyaların fəaliyyəti ilə tanış olub.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanin-litvadaki-sefiri-birstonas-seherinin-meri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR