ADGTT-nin yaradıcı heyəti prezident mükafatına layiq görüldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ölkə prezidenti tərəfindən mükafatlandırılıb.

Metbuat.az xəbər verir ki, ölkə başçısının 1 may 2017-ci il tarixli “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bir qrup yaradıcı heyəti mükafata layiq görülüb.

Azərbaycan milli teatr sənətinin inkişafındakı xidmətlərinə, səhnə fəaliyyətlərindəki nailiyyətlərə görə əməkdar artistlər Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Qurban İsmayılov, Nicat Kazımov, Vahid Əliyev, əməkdar incəsənət xadimi Bəhram Osmanov Prezident mükafatına layiq görülüblər.

Bununla əlaqədar, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ölkə başçısına təşəkkür məktubu ünvanlayıb. Məktubda cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sənətinə göstərdiyi yüksək diqqət və qayğının teatr kollektivini yeni yaradıcılıq uğurlarına, Azərbaycan teatrının daha da inkişaf etdiriliməsinə və onun ölkə hüdudlarından kənarda tanıdılmasında yorulmadan çalışmağa ruhlandırdığı diqqətə çatdırılıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR