Ağır cinayət törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Başqırdıstandan vətəninə ekstradisiya olunacaq

Ağır cinayət törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Başqırdıstandan vətəninə ekstradisiya olunacaq
11:12 3 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Rusiya Baş Prokurorluğu ekstradisiya yoxlaması materialları əsasında Azərbaycan vətəndaşı Orxan Əsədovun vətəninə ekstradisiya edilməsi barədə qərar qəbul edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, O.Əsədov həbs edilməmişdən qabaq qanunsuz şəkildə Rusiyada çalışıb. O, 2016-cı il qışın əvvəlində Başqırdıstanda saxlanılıb. Hazırda O.Əsədov nəzarət altında saxlanılır.
Məlumata görə, 23 yaşlı O.Əsədov 2015-ci ildə Azərbaycanda dostu ilə mübahisə etdikdən sonra onu qarnından bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, şübhəli şəxs Rusiyaya qaçıb və orada qanunsuz olaraq işləyib.
Rusiya Dövlət Penitensiar Xidməti hazırda qanunsuz miqrantın Azərbaycana ekstradisiyası üçün müvafiq sənədləri hazırlayır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agir-cinayet-toretmekde-subheli-bilinen-azerbaycan-vetendasi-basqirdistandan-vetenine-ekstradisiya-o

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR