Ötən il Azərbaycanda zorakılığa məruz qalan 7 nəfərə mühafizə orderi verilib

Ötən il Azərbaycanda zorakılığa məruz qalan 7 nəfərə mühafizə orderi verilib
11:57 3 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ “Ötən il Azərbaycanda zorakılığa məruz qalan 7 nəfərə mühafizə orderi verilib”.
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Bakıda “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib.
E.Səfərov bildirib ki, əvvəllki illərdən fərqli olaraq, uzunmüddətli mühafizə orderləri verilən şəxslərin sayında artım var.
O qeyd edib ki, ötən il verilən mühafizə orderlərindən 3-ü qısa, 4-ü uzunmüddətli olub.
Qeyd edək ki, zorakılığa məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/oten-il-azerbaycanda-zorakiliga-meruz-qalan-7-nefere-muhafize-orderi-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR