SOCAR qazma işlərini kəskin artırıb

SOCAR qazma işlərini kəskin artırıb
12:02 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 13 983 metr qazma işi həyata keçirilib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 12 210 metri istismara, 1 773 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2017-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 49 596 metr qazma işi görülüb ki, bunun da 45 619 metri istismara, 3 977 metri isə kəşfiyyata aid olub.
Aprel ayı ərzində şirkətin həyata keçirdiyi qazma işləri ötən ilin aprel ayından 2,5 dəfə, ilin dörd ayındakı qazma işlərinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% çox olub.
Hesabat ayında qazmadan alınmış 6, il ərzində isə 23 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-qazma-islerini-keskin-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR