Silahlı Qüvvələrin Baş Klinik Hospitalında elmi-praktik konfrans keçirilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında elmi-praktik konfrans keçirilib
12:02 3 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “İnsan genetikasına müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
“Report” xəbər verir ki, tədbirdə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin akademiki Vladimir Zelman, Merilend Universitetinin akademiki Roald Saqdeev, Los-Anceles Universitetinin əməkdaşı Nataliya Pastuşenko, Moskva Dövlət Universitetinin əməkdaşı Yelena Popova və azərbaycanlı mütəxəssislər iştirak ediblər.
Konfransda insan genetikasının formalaşması problemlərinin müxtəlif aspektləri, bu sahə ilə məşğul olan alim və mütəxəssislərin əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, molekulyar biologiya, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılması, tibbdə yeni texnologiyaların tətbiqi imkanlarının öyrənilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.




Xəbərin orijinal ünvanı: https://report.az/herbi/silahli-quvvelerin-bas-klinik-hospitalinda-elmi-praktik-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR