Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına yekun vurulub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın qalibi "Fənərbağça" olub.
"Sarı-lacivərdlilər" final seriyasında "Qalatasaray"ı hər 3 matçda 3:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda qarşılaşmada isə "Vakıfbank" "Əczaçıbaşı"dan üstün olub - 2:0.
Sultanlar Liqasında 5-ci yer isə "Bursa BŞB"yə qismət olub. Onlar ikinci matçda da Azərbaycan millisinin hücumçusu Yana Kulanın heyətində yer aldığı "Çanakkale Bld"u məğlub ediblər - 3:0, 3:1. İlk oyunda zədələnən voleybolçumuzun adı protokola da salınmayıb.
Onun kimi millimizin blokçusu Kseniya Poznyak da son qarşılaşmada meydana çıxmayıb. Onun şərəfini qoruduğu "Beşiktaş" isə ikinci görüşdə "Halkbank"a 3:2 hesabı ilə qalib gələrək, 7-ci yeri tutub.
Onlar ilk matçda da 3:0 hesablı qələbəyə sevinmişdilər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində