Abşeronda at oğruları tutuldu

Abşeronda at oğruları tutuldu
12:24 3 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda at oğurluğu ilə məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 1-də rayon sakini  Ramil Quliyevə məxsus 1 baş atı oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Arif Əliyev, Sədrəddin Süleymanzadə və Xanqulu Mirzəyev tutulublar.

 

Ətraflarında aparılan tədbirlərlə onların martın 14-də Quldar qışlaq sahəsində Sumqayıt şəhər sakini Əlirza Hüseynova məxsus 7 baş atı oğurlamaları da müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR