Əli Əhmədov: "Bu gün ölkənin parlaq gələcəyini yaratmağa qadir olan çox ləyaqətli gənclər yetişib"

Əli Əhmədov: "Bu gün ölkənin parlaq gələcəyini yaratmağa qadir olan çox ləyaqətli gənclər yetişib"
12:32 3 May 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ “Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məqsəd gənc nəslin arzuladığı cəmiyyəti gələcəkdə onlara təqdim edə bilməkdən ibarətdir”.
“Report” xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün bütün işlər həyata keçirilir: “Bunun üçün də gənclərimizin daha yaxşı təhsil alması və zəngin biliklərə sahib olması tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir”.
Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycanda gənc nəslə, hətta məktəblilərə bu imkanlar təqdim edilib: "Ölkədə gənclərin yaxşı təhsilə sahib olması üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar da gələcəkdə ulu öndər Heydər Əliyevin ideyalarını, eləcə də onun layiqli davamçısı olan İlham Əliyevin həyata keçirdiyi işləri layiqincə davam etdirmək potensialına malikdirlər”.
Ə.Əhmədov qeyd edib ki, bu günə qədər məktəblilər arasında keçirilən müsabiqənin qaliblərindən 50 nəfərə YAP-ın təqaüdü verilir: “Eyni zamanda, bu gün keçirilən müsabiqədə qalib gələn şagirdlər gələcəkdə məzun olub tələbə adını qazanarlarsa, onlar gələcəkdə 4 illik təhsil müddətində YAP-ın təqaüdü ilə mükafatlandırılacaqlar”. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bu-gun-olkenin-parlaq-geleceyini-yaratmaga-qadir-olan-cox-leyaqetli-gencler-yetisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR