İŞİD "Bombaların anası" ilə belə vuruldu - VİDEO - FOTO

İŞİD "Bombaların anası" ilə belə vuruldu - VİDEO - FOTO
12:32 3 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi-Hava Qüvvələrinin bombardmançı təyyarəsinin Əfqanıstanın Nanqarhar vilayətində İŞİD-in sığınacaqlarına MOAB bombası atması nəticəsində 94 nəfər həlak olub. Həlak olanlar arasında İŞİD-in bölgədəki 4 komandiri də vardı.

Milli.Az Fox News-a istinadən bildirir ki, 9,5 ton ağırlığı olan MOAB (GBU-43/B Massive Ordnance Air Blast) aviabombasını "Bütün bombaların anası" ("Mother of All Bombs") adlandırırlar. Fuqas təsirli bu aviabomba qeyri-nüvə aviasiya sursatları arasında ən güclüsüdür.

Nanqarhar vilayətindəki Açin bölgəsində İŞİD-in yeraltı sığınacaqlarını, bunkerlərini və tunellərini dağıtmaq üçün istifadə olunmuş bu aviabombanın partlayışı nəticəsində hədəfə alınan bölgə viran qalıb.

Bomba aprelin 13-də ABŞ-ın Əfqanıstandakı hərbi bazasından səmaya qalxmış "Lockheed C-130 Hercules" təyyarəsindən atılmışdı.

Dünyanın ən böyük aviabombalarından biri olan, hədəfi peyk sistemi ilə nişan almağa imkan verən sistemlə təchiz edilmiş MOAB-ın uzunluğu 9,17 metr, diametri 102,9 sm-dir. Aviabombanın partlayışı 11 ton trotil ekvivalentdindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İŞİD


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR