Putin Trampı buna inandıra bilmədi - MƏNBƏ

Putin Trampı buna inandıra bilmədi - MƏNBƏ
12:33 3 May 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Ağ Ev Suriya münaqişəsinin həlli üzrə Moskvanın səmimiyyətinə inanmır.

Publika.az xəbər verir ki, bu haqda dünən ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında telefon söhbətinin detalları ilə tanış olan mənbə “The Wall Street Journal” nəşrinə deyib.

Liderlər razılaşıb ki, ABŞ Suriya məsələsi üzrə Astana danışıqıqlarına öz nümayəndəsini göndərəcək. Danışıqlar 3-4 may tarixlərində keçiriləcək. Mənbənin sözlərinə görə, Putin Suriyada sülhün ən sürətli bərpası üçün çıxış edib, amma Tramp onun bu niyyətində ciddi olduğuna əmin deyil.

Danışıqların nəticəsinə görə, Kremlin mətbuat xidmətindən bildiriblər ki, prezidentlər həmçinin 7-8 iyulda Hamburqda keçiriləcək G20 sammitində şəxsi görüş imkanını müzakirə ediblər. Lakin bu, Ağ Evdən yayılan açıqlamada təsdiqlənməyib.

Anonimlik şəraitində danışan Amerika məmuru qeyd edib ki, prezidentlər şəxsi görüş haqqında razılığa nail olmayıblar. Onun sözlərinə görə, Putinin təşəbbüsü ilə keçirilən telefon söhbəti təxminən 30 dəqiqə davam edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR