Çilli qızlar bu xəbəri mütləq oxusun!

Cəfəri güclü antioksidantdır. Bununla yanaşı həzm sistemini gücləndirir, cildi qoruyur.

Metbuat.az xəbər verir ki, tərkibi C vitamini ilə zəngin olan cəfəri gözəlliyiniz üçün də dərmandır. Dərini qidalandırmaq, yaraların azalmasını təmin etmək və kollagen istehsalını azaltmaq üçün istifadə edilir.

Havalar isindikcə dəridə çil və piqment ləkələri artır. Bu problemdən cəfəri ilə xilas ola bilərsiniz.

1. 5 ədəd cəfəri zoğunu əzərək ləkəli bölgəyə tətbiq edin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Hər gecə yatmazdan əvvəl tətbiq edin.

2. Başqa bir üsula görə, cəfərini digər bitkilərlə qarışdıraraq ləkələrə tətbiq edə və dərini nəmləndirə bilərsiniz. 5 ədəd cəfəri zoğu, 5 damcı limon suyu, zeytun yağı və 3 dilim xiyarı qarışdırıcı ilə qarışdırın. Alınan qarışımı ləkələrə tətbiq edin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Qeyd edək ki, sadaladığımız müalicə üsulları müəyyən zaman tələb etsə də, nəticəsindən razı qalacağınıza əminik.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR