Baş nazirin müavini: "Artıq vətəndaşlar icbari tibbi sığortanın tətbiqinə inamla yanaşır"

Baş nazirin müavini: "Artıq vətəndaşlar icbari tibbi sığortanın tətbiqinə inamla yanaşır"
13:02 3 May 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ “Azərbaycanın iki bölgəsində - Yevlax və Mingəçevirdə icbari tibbi sığortanın həyata keçirilməsi məqsədi ilə fevralın 1-dən başlayaraq pilot layihə icra edilir. Bu gün deyə biləcəyimiz həqiqət təklif edilən model əsasında icbari tibbi sığorta sahəsində atılan ilkin addımların uğurlu olmasından ibarətdir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, artıq vətəndaşlar bu layihəyə inamla yanaşır: “Apardığımız müşahidələr nəticəsində əldə etdiyimiz məlumatlar insanların xəstəxanalarda lazımi şəkildə müalicə ala bildiklərini göstərir. İnsanlar vaxtı ilə xəstəxanaya gələ bilməyib müalicə ala bilmədikləri halda, artıq bu gün səhiyyə müəssisələrinə, həkimlərə rahat şəkildə müraciət edə bilirlər. Onlara ixtisaslı həkimlər tərəfindən səriştəli tibbi yardımlar göstərilir. Həmin tibb ocaqlarında yardımların göstərilməsi mümkün olmadığı təqdirdə isə ətraf yerlərdə - Gəncə, yaxud Bakıda müəyyənləşdirilmiş səhiyyə müəssisəsində ehtiyacı olan vətəndaşlara icbari tibbi sığorta əsasında kömək göstərilir”.
“Bir neçə ayın təcrübəsi onu deməyə əsas verir ki, pilot layihə uğurla həyata keçirilir. Pilot layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Güman edirəm ki, əldə etdiyimiz təcrübə imkan verəcək ki, daha çox rayonda və bütövlükdə Azərbaycanın hər bir güşəsində icbari tibbi sığortanı tətbiq edə bilək. İnanıram ki, bu layihənin icrası zamanı hər hansı bir çatışmazlıq ortaya çıxdığı zaman onu aradan qaldırmaq imkanımız olacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/artiq-vetendaslar-icbari-tibbi-sigortanin-tetbiqine-inamla-yanasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR