Azyaşlı qıza çılpaq şəklini göndərən POLİS tutuldu - FOTO

Azyaşlı qıza çılpaq şəklini göndərən POLİS tutuldu - FOTO
13:12 3 May 2017
375 Dünya
Ölkə mətbuatı
A- A+

Polis azyaşlı qıza çılpaq şəkillər göndərdiyinə, onun bədəninə toxunduğuna və əxlaqsız mesajlar yazdığına görə tutulub.

Milli.Az "Mirror"a istinadla bildirir ki, Keith Burgess  adlı 42 yaşlı polis azyaşlı qızın bədəninə valideynləri digər otaqda olarkən toxunub.

O, İngiltərənin Hempşir bölgəsində polis işlədiyi müddət ərzində həmin qızı dəfələrlə narahat edib, ona çılpaq şəkillərini göndərib və əxlaqsız mesajlar yazıb.

Burgess narahat etdiyi qızın ailəsi ilə yaxından dost olub və onlara bəzi məsələlərdə köməklik göstərib.

Qızın ailəsinin inamını qazanan Burgess bundan əxlaqsız məqsədləri üçün istifadə edib.

Polis valideynlərin bunu öyrənməsi ilə şikayət edilib. O tutulub. Məlum olub ki, onun bundan başqa da bu cür əməlləri var.

Qeyd edək ki, Keith Burgess 2003-cü ildən polis işləyirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR