UEFA-dan TARİXİ QƏRAR

UEFA-dan TARİXİ QƏRAR
13:17 3 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

UEFA oyunsonrası qalibi müəyyənləşdirmək üçün təşkil olunan penaltilər seriyasında tarixi dəyişiklik etməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandaların növbə ilə yerinə yetirdikləri 11 metrlik zərbədə dəyişiklik olacaq. İlk penalti yerinə yetirildikdən sonra növbəti komanda 1 deyil, ardıcıl 2 penalti zərbəsi vuracaq.

1-ci penalti - A komandası, 2-ci penalti - B komandası
3-cü - B komandası, 4-cü - A komandası
5-ci - A komandası, 6-cı - B komandası
7-ci - B komandası, 8-ci - A komandası 
9-cu - A komandası, 10-cu - B komandası

Bərabərlik davam etsə 

11-ci - B komandası, 12-ci - A komandası
13-cü - A komandası, 14-cü - B komandası

Bu şəkildə davam edəcək.

UEFA bu qaydanı ilk penaltini vuran komandanın taktiki və psixoloji cəhətdən üstün olmasına görə görə edib.

Yeni penalti sistemi Çexiyada keçirilən qadınlar arasında U-17 Avropa çempionatında sınaqdan keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR