Türkiyə müğənniləri Sıla və Davut Güloğlunun məhkəmə prosesi başa çatıb.
Metbuat.az xəbər verir ki, prosesdə uduzan Güloğlu 8400 lirə cərimələnib.
Müğənni bu qərarı çıxaranları Allaha tapşırdığını, çıxarılan qərardan şikayət edəcəyini bildirib.
Qeyd edək ki, Davut Güloğlu Sılanı 2016-cı il 15 iyul hadisələrindən sonra təşkil edilmiş mitinqdə iştirak etmədiyi üçün xoşagəlməz ifadələrlə təhqir etmişdi.
Aytən Novruzova / Metbuat.az