Türkiyə prezidenti: “Nazirlər Kabinetində dəyişikliyin edilməsi məsələsi gündəlikdə yoxdur”

Türkiyə prezidenti: “Nazirlər Kabinetində dəyişikliyin edilməsi məsələsi gündəlikdə yoxdur”
13:37 3 May 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ “Nazirlər Kabinetində dəyişikliyin edilməsi məsələsi hökumətin gündəliyində yoxdur”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri zamanı Esenboğa Hava Limanında jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırarkən bildirib.
O, Türkiyənin 11-ci prezidenti Abdullah Güllə bağlı Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri, Antalyadan olan millət vəkili Dəniz Baykalın söylədiklərinə də münasibət bildirib: “Bu məsələni dəyərləndirməyə ehtiyac görmürəm. Bu, tamamilə fitnəkar hərəkətdir". 
Qeyd edək ki, Dəniz Baykal müxalifəti nəzərdə tutaraq Abdulla Gülün gələcək prezident seçkisində referendumda 49 faizə yaxın səs toplayan müxalifətin namizədi olacağını söyləmişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-nazirler-kabinetinde-deyisikliyin-edilmesi-meselesi-gundelikde-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR