"Lion" Amsterdam səfərində

"Lion" Amsterdam səfərində
13:47 3 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında (AL) yarımfinal mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,"Ayaks" turnirin favoritlərindən sayılan "Lion"u qəbul edəcək.

Hollandiya təmsilçisi "Selta", "Standard" və "Panatinaikos"la birgə yer aldığı G qrupunda 14 xalla birinci yeri tutaraq, növbəti mərhələyə adlamışdı. 1/16 finalda Polşanın "Legiya" klubunu (0:0, 1:0), 1/8 finalda isə Danimarka təmsilçisi "Kopenhagen"i (1:2, 2:0) mübarizədən kənarlaşdıran "Ayaks" 1/4 finalda iki oyunun nəticəsinə görə (4:3) "Şalke"dən üstün olub.
 
"Lion" isə Çempionlar Liqası ilə vidalaşdıqdan sonra mübarizəni Avropa Liqasında davam etdirməli olmuşdu. Turnirin 1/16 final mərhələsində "Alkmaar"ı (4:1, 7:1), 1/8 finalda isə iki oyunun nəticəsinə görə (5:4) "Roma"nı üstələyən "uşaqlar" 1/4 finalda "Beşiktaş"la qarşılaşmalı olublar. İlk görüşdə "qara qartal"a 2:1 hesabı ilə qalib gələn Fransa təmsilçisi cavab görüşünün əsas vaxtında 1:2 hesabı ilə uduzub. Ümumi hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxta, sonra isə penaltilər seriyasına ehtiyac duyulub. Penaltilərdə 7:6 hesablı qalibiyyət "Lion"u yarımfinala daşıyıb. Fransa təmsilçisi finala adlamaq üçün "Ayaks"ı mübarizədən kənarlaşdırmalıdı.
 
Qeyd edək ki, "Ayaks" - "Lion" matçını italiyalı referi Canluka Rokki idarə edəcək.
 
Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
3 may
20:45. "Ayaks" (Hollandiya) - "Lion" (Fransa)
Baş hakim: Canluka Rokki (İtaliya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR