İpotekada olan mənzildən əmlak vergisi tələb edilə bilərmi?

İpotekada olan mənzildən əmlak vergisi tələb edilə bilərmi?
13:52 3 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni Günəşli AB yaşayış massivində yaşayan sakinlər bələdiyyə tərəfindən onlara təqdim edilən əmlak vergisi bildirişlərindən narazıdırlar. 

Milli.Az xəbər verir ki, onlar qafqazinfo-ya müraciət edərək qeyd ediblər ki, bir il ərzində 7 manat məbləğində ödənilməli olan əmlak vergisi yığılaraq bir neçə ildən sonra bina sakinlərinə təqdim olunub. Bu da hardasa 50 manata yaxın borcdur. Əgər Qaraçuxur bələdiyyəsi vaxtında bildirişləri təqdim etsəydi, borclar bu qədər yığılmazdı və bizə də məbləği  ödəmək asan olardı. Eyni zamanda, mənzili ipotekada olan sakinlərə də əmlak vergisi hesablanılıb.

"Qafqazinfo" məsələ ilə bağlı Qaraçuxur bələdiyyəsinin Vergilər şöbəsinin müdiri Abdulla Məmmədovla əlaqə saxlayıb. O, bildirib ki, əgər mənzil ipotekadadırsa, vətəndaş bununla bağlı sənədləri hazırlayaraq bələdiyyəyə təqdim etməlidir: "Əgər həqiqətən də mənzil bankın mülkiyyətində olarsa, o zaman həmin mənzilə əmlak vergisi təyin olunmayacaq. 

Bundan əlavə, biz hər il binalar üzrə əmlak vergisi barədə bildirişləri sakinlərə paylayırıq. Ancaq sakinlər bunu ödəmir və borc illərlə yığılıb qalır. Yəni, bizim tərəfimizdən heç bir problem yoxdur. Biz Vergilər Məcəlləsinin 197 və 200- cü maddələrinə əsasən əmlak vergisini vətəndaşlardan yığırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR