Bakıda BƏƏ-Azərbaycan biznes tərəfdaşlarının ilk iclası keçirilib

Bakıda BƏƏ-Azərbaycan biznes tərəfdaşlarının ilk iclası keçirilib
13:52 3 May 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd əl-Qubaysi BƏƏ-Azərbaycan biznes tərəfdaşlarının ilk iclasını keçirib.
BƏƏ-nin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və BƏƏ-dən olan müxtəlif şirkətlərin rəhbərləri və nümayəndələri iştirak ediblər. Qarşılıqlı investisiyalar, malların ixrac və idxalı, hava əlaqələrinin yaradılması və s. bu kimi məsələləri müzakirə olunub.
Səfir dövlət başçılarının iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün göstərdiyi səyləri qeyd edib.
İştirakçılar keçən həftə Dubayda baş tutan iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə BƏƏ-Azərbaycan hökumətlərarası komissiyanın 6-cı iclasının nəticələrini yüksək qiymətləndirib.
Görüşün sonunda səfir tədbir iştirakçılarına "Tərəfdaşlıq sertifikatı" təqdim edib. Bu cür tədbirlərin müntəzəm olaraq keçirilməsi qərara alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-bee-azerbaycan-biznes-terefdaslarinin-ilk-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR