Slavyan Universitetinin sökülən mozaikası BƏRPA EDİLİR - FOTOLAR

Slavyan Universitetinin sökülən mozaikası BƏRPA EDİLİR - FOTOLAR
13:58 3 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il fasadındakı mozaikanın sökülməsi ilə gündəmə gələn Bakı Slavyan Universitetinin mozaikaları bərpa edilir.

Publika.az-ın məlumatına görə, artıq işlər yekunlaşmaq üzrədir.

Bakı Slavyan Universiteti mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev Publika.az-a açıqlamasında sökülən mozaikanın yenidən bərpasına aydınlıq gətirib: “Universitetin fasadında ötən il sökülən mozaikalar bərpa edilir. Çünki mozaikanın daşlarının istifadə müddətini bitmişdi. Ona görə bəziləri qopub düşmüşdü, zaman keçdikcə onlar keyfiyyətini bir az da itirirdi. Ona görə də ötən il universitet təmir ediləndə Təhsil Nazirliyi ilə Universitet arasındakı razılığa əsasən, mozaikanın yenidən bərpa edilməsi qərara alındı. Universitetin təmir işləri başa çatandan sonra mozaikanın bərpası üçün işlər başladı. Həmin mozaikadakı Azərbaycanın tanınmış şair və yazıçılarının təsvirləri əvvəlki kimi bərpa olunacaq. Mozaikada qopmuş həmin daşlar xaricdən alınıb. Artıq bərpa işləri yekunlaşmaq üzrədir”.

Xatırladaq ki, Nurlana Əliyeva rektor təyin ediləndən sonra universitetin giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə bağlı verilən qərar ictimaiyyət arasında etirazla qarşılanmışdı.

Gülxar,

Foto: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/197394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR