Azərbaycanın bölgələrində zəlzələ oldu

Dağıstanda baş vermiş zəlzələ Zaqatala rayonunda 4 bala qədər hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 36 kilometr şimal-qərbdə - Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində qeydə alınıb.

Maqnitudası 5.2, dərinliyi 42 km olan zəlzələ Zaqatala rayonunda 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR