Rusiya kubokunun finalında əlbəyaxa dava - VİDEO

Rusiya kubokunun finalında əlbəyaxa dava - VİDEO
14:27 3 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya kubokunun dünən "Ural" və "Lokomotiv" arasında keçirilən final oyununda futbolçular arasında dava düşüb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə matçın uzatma dəqiqələrində, "Ural"ın cərimə meydançası yaxınlığında baş verib. Dava səbəbindən dörd futbolçu - Ari, Cefferson Farfan (hər ikisi "Lokomotiv"), Artem Fidler və Edqar Manuçaryan (hər ikisi "Ural") qırmızı vərəqə alaraq meydandan qovulublar. 

Qeyd edək ki, futbolçiuları sakitləşdirmək üçün "Lokomotiv"in baş məşqçisi Yuri Syomin də meydana daxil olub. Əlavə edək ki, bu matçda Syominin komandası 2:0 hesabı ilə qalib gələrək kuboku qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiya kubokunun finalında əlbəyaxa dava


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR