Moskvada ayaqyolu biznes-mərkəzə çevrildi - FOTO

Moskvada ayaqyolu biznes-mərkəzə çevrildi - FOTO
14:32 3 May 2017
Ölkə mətbuatı
A- A+

Kim düşünə bilərdi ki, Rusiyanın paytaxtı Moskvanın mərkəzində, Tver bulvarındakı adi ictimai ayaqyolu ən böyük biznes-mərkəzinə çevrilə bilər... Amma Moskvada bu, oldu.

Milli.Az Life-a istinadən bildirir ki, Tver bulvarında yerləşən, sahəsi 89 m2 olan ictimai ayaqyolunun ünvanında 291 şirkət qeydiyyata alınıb.

Təbii ki, həmin şirkətlərin ofisləri başqa yerdədir, əməkdaşlar da ayaqyolunda çalışmırlar. Fəqət, həmin şirkətlərin hamısının bir hüquqi ünvanı var: "Tver bulvarı, tikili 3".

Həmin ayaqyolu Moskva meriyasına məxsusdur. Meriyanın şöbə rəhbərləri ayaqyolunun ünvanında 291 şirkətin qeydiyyata alınmasına kimin və nə üçün icazə verməsini açıqlaya bilməyiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR