Afaqdan həmkarlarına AÇIQ SAVAŞ: "Evli kişilərin qucaqlarından düşmürlər"

Afaqdan həmkarlarına AÇIQ SAVAŞ: "Evli kişilərin qucaqlarından düşmürlər"
14:39 3 May 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

 

Əməkdar artist Lalə Məmmədova ilə müğənni Afaq Aslan arasında sosial şəbəkədə qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, L.Məmmədova A.Aslanın şəklinin altına “xahiş edirəm, müğənni adına ləkə gətirməsinlər, mahnı ortaya qoysunlar, arxalarını yox!” şərhini yazıb.

 

A.Aslan isə onun bu sözlərinə bu gün cavab verib: “Mənim haqqımda rəy bildirməyə çalışan şou nümayəndələri, hərə getsin öz işi ilə məşğul olsun. Hərə getsin özünə və keçmişinə nəzər salsın, daha sonra mənim haqqımda rəy yazsın. İlk öncə sənətə gəlmək üçün keçdiyi keşməkeşli yollara nəzər salsın, ondan sonra mənim haqqımda danışa bilsin. Namusdan, qeyrətdən xəbəri olmayan elə namusu əlində bayraq edir. Kimdə nədən yoxdur, hər zaman ondan danışır. Mənə sataşmaqla özlərinə reklam qazanmaq istəyirlər. Mənim geyim tərzimin kimə istisi, soyuğu var? Bacarırlarsa, özləri geyinsinlər. Amma qorxurlar ki, artıq çəkiləri, qat-qat sallanan qarınları görünər. Gecə-gündüz evli kişilərin qucaqlarından düşmürlər, evli kişidən uşaq dünyaya gətirirlər, daha sonra camaata dərs keçmək iddiasına düşürlər. Haqqımda danışan hər bir kəsə cavab verəcək sübutlarım var. Ağızlarına yiyəlik eləsinlər. Yoxsa… Elə burada saxlayım. Çünki ağzımı açsalar, açacam sandığı, tökəcəm pambığı”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR