“Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb

“Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb
14:43 3 May 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, kitabçada yolda, məişətdə, görüş, ilkin tanışlıq zamanı istifadə olunan söz və ifadələr “Şəhərdə”, “Mehmanxanada”, “Sərhəddə”, “Vağzal”, “Restoranda”, “Bərbərxana”, “Kino, hobbi və istirahət”, “Park və zoopark”, “Çimərlik və dəniz gəzintisi”, “Alış-veriş və xidmətlər”, “Əlaqə vasitələri”, “Tibbi yardım”, “Təqvim”, “İdman”, “Polis”, “Valyutadəyişmə” kimi tematik bölümlər üzrə qruplaşdırılmaqla yanaşı, sonda hər mövzuya uyğun lüğət yer alıb.

Vəsaitin tərtibçisi Şahin Ələsgərov, redaktorları Yaşar Əliyev və Əhməd Sami Elaydidir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR