Evə girən oğru gəlini xəstəxanalıq etdi - Bakıda

Evə girən oğru gəlini xəstəxanalıq etdi - Bakıda
14:47 3 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluq hadisəsi baş verib.

Milli.Az femida.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Binəqədi rayonu, İzlivnoy 1 küçəsində (Müşfiq DYP postunun yaxınlığı), fərdi yaşayış evində qeydə alınıb. Məmmədov Elxan Abbasəli oğluna məxsus evə daxil olan maskalı şəxs evdə olan gəlinə hücum edib. Naməlum şəxsin zərbələrindən ev sahibəsi ağır bədən xəsarətləri alıb. Bundan sonra maskalı şəxs evdə olan qızıl-zinət və digər əşyaları götürərək hadisə yerindən qaçıb. Maskalı şəxsin hücumuna məruz qalan gəlin isə xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə polis tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR