Bu əlamətlərə etinasızlıq göstərməyin!

Bu əlamətlərə etinasızlıq göstərməyin!
14:48 3 May 2017
Ölkə mətbuatı
A- A+

B12 vitamininin çatışmazlığı ciddi problemlər gətirib çıxara bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son illərdə aparılan araşdırmalarda hər dörd nəfərdən biri B12 vitamininin defisitindən əziyyət çəkdiyi məlum olub. Bu halların səbəbləri və əlamətləri barədə, habelə onunla mübarizə üsullarını təqdim edirik.

B12 vitamini nədir?

B12 vitamini sehrli enerji mənbəyidir. Əgər daimi yorğunluq, zəiflik hiss edirsinizsə və qanazlığı müşahidə olunursa, bu, B12 vitaminin çatışmazlığının əlamətləridir. Vitaminin kəskin şəkildə artması isə sizin üçün enerji partlayışı demək olacaq!

Bu da onunla izah olunur ki, B12 vitamini oksigeni bədənə paylanan eritrositlərin hazırlanmasında mühüm rol oynayır. Oksigen olmadan biz yaşaya bilmərik! Odur ki, oksigendən doyan qanın bizə enerji və həyat qüvvələrini verməsi təccüblü deyil.

B12 nəyə lazımdır?

B12 vitamini orqanizmdə bir sıra funksiyaları xüsusilə dəstəkləyir:

Böyrəküstü vəziləri hormonu istehsalını;

Normal qan dövranını;

Eritrositlərin formalaşdırılması;

Sinir sisteminin normal fəaliyyətini;

Həzm sisteminin funksiyasını;

Dəmirin mənimsənilməsi;

Yağların və karbohidratların mübadiləsi;

Əqli inkişafı;

Qadının reproduktiv sağlamlığı.

B12 çatışmazlığına görə risk qrupu aşağıdakılardır:

60 yaşdan yuxarı olan mədə şirəsinin istehsalı azalan insanlar;

Otoimmün xəstəlikləri olan xəstələr;

Heyvan mənşəli məhsullar yeməyən veqan və vegetarianlar;

Metaformin qəbul etmək şəkərli diabet xəstələrinə B12 mənimsənilməsinə mane olur.

B12 vitamini çatışmazlığının əlamətləri

Sizi tez-tez yuxu basırsa, deməli qanda oksigen miqdarı azalıb.

Dizlərdə arabir sancma, keyləşmə hiss edirsinizsə, ehtiyatlı olun! Bu, B12 çatışmazlığı nəticəsində sinirlərin zədələnməsinin səciyyəvi əlamətləridir.

Xüsusilə gənclik yaşında yaddaş pozulması da B12 vitamini çatışmazlığının əlamətləri sayılır.

Zəiflik və başgicəllənmə qanda oksigenin çatışmazlığı daha bir simptomudur.

Dəri sarılığı qan cisimciklərinin çökməsinin simptomu ola bilər və bu, sarı piqmentin hazırlanmasına gətirib çıxarır. B12 çatışmazlığı zamanı orqanizm möhkəm divarlı hüceyrələri yaratmaq iqtidarında deyil.

Hamar dil isə palilla itkisindən xəbər verir. Əgər yemək sizə şit gəlirsə, bu, B12-nin aşağı səviyyədə olması nəticəsində dad reseptorlarının itməsindən irəli gəlir.

Əgər daim həyəcanlı və ya qəmgin əhval-ruhiyyə olursunuzsa, bu B12 çatışmazlığından dolayı ola bilər. Məsələ ondadır ki, B 12 xoşbəxtlik hormonları adlanan serotonin və dofaminin hazırlanmasında iştirak edir.

Göz sinirlərinin zədələnməsi görmə qabiliyyətini zəiflədə bilər. Əgər siz diqqətdə öyrənilməmiş kölgələr görməyə başlamısınızsa, həkimə gedin. Bu B12 vitaminin çatışmazlığı əlaməti də ola bilər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/197409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR