Uşaqların rəngarəng dünyası

Uşaqların rəngarəng dünyası
14:50 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar iyunun 4-də Heydər Əliyev Sarayında “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək.

Konsertdə Azərbaycan, Rusiya (Dağıstan), Ukrayna və Gürcüstandan olan rəqs kollektivləri iştirak edəcək. Tamaşaçılar rəqs kollektivlərinin ifasında milli, dünya və muasir rəqsləri izləyə biləcəklər.

Saat 16:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manat təşkil edir.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Biletlərin pulsuz çatdırılması : (070) 600 - 00 - 60


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2749619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR