Simeone: "Növbəti həftə qeyri-adi bir şey etməliyik"

Simeone: "Növbəti həftə qeyri-adi bir şey etməliyik"
14:52 3 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının yarımfinal mərhələsində "Atletiko"nu evdə 3 cavabsız qolla məğlub edən "Real" finala çox yaxınlaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Atletiko"nun baş məşqçisi Diyeqo Simeone isə komandasının cavab oyununda qeyri-adi nəsə edəcəyinə inanır.

"Birinci hissə nə bizdə, nə də "Real"da yaxşı alınmadı. Ötürmələrdə xeyli səhv etdik. Onlar qol vursa da, Qameyronun həmləsini Navas zərərsizləşdirdi. Fasilədən sonra biz topa daha çox sahib olduq. "Real" isə boş sahələrdən istifadə etdi. Futbolda hər şey olur. Hələ də düşünürəm ki, məğlubiyyətin əvəzini çıxa bilərik. Uşaqlara dedim bu nəticəni unutmaq lazımdır. Cavab görüşündə sona qədər mübarizə aparacağıq. Növbəti həftə qeyri-adi bir şey etməliyik. Biz "Atletico" olaraq bunu etməyə qadirik", - argentinalı mütəxəsis qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR