"JPMorgan": OPEC-in Vyana anlaşmasının uzadılması ehtimalı 75%-dir

"JPMorgan": OPEC-in Vyana anlaşmasının uzadılması ehtimalı 75%-dir
15:02 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə imzalanan Vyana anlaşmasının iştirakçıları onun müddətini uzatmağa nail ola biləcək və bu ehtimal 75% təşkil edir. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu proqnozla ABŞ-ın nüfuzlu "JPMorgan" bankının analitikləri çıxış ediblər. 
Proqnoza əsasən, "OPEC və ona üzv olamayan ölkələrin hasilatı azaltmaq səyləri öz töhvəsini verəcək, nəticədə biz qısa və ortamüddətli perspektivdə qlobal neft ehtiyatlarının həcmində azalma görəcəyik. Bu da onu göstərir ki, hazırda neft qiymətlərinin düşməsi alıcılar üçün münasib şərait yaradır". Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı anlaşmanın müddəti iyunun 30-da bitir. Anlaşmanın uzadılması ilə bağlı sammitin isə mayın 25-də keçiriləcəyi gözlənilir.
Bununla yanaşı, ABŞ-da şist neft hasilatı sənayesi yenidən inkişaf etməyə başlayıb və neftin hazırkı qiymət səviyyəsi bu sahəyə yatırılan vəsaiti tam doğruldur. Həmçinin, OPEC və ona üzv olmayan ölkələrin anlaşma çərçivəsində öhdəliklərinə əməl etməməsi kimi problem mövcuddur. "JPMorgan"a görə, məhz bu iki amil neft qiymətlərinin həddindən artıq artmasına mane olacaq. Bankın proqnozuna əsasən, "Brent" markalı neftin orta illik qiyməti 55,78 dollar/barel, WTI üçün isə 53,57 dollar/barel təşkil edir.
"JPMorgan" həmçinin bildirib ki, hasilatın azaldılması ilə bağlı anlaşmanın müddəti uzadılmasa, neftin qiyməti 40 dollar/bareldən aşağı düşəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/jpmorgan-opec-in-vyana-anlasmasinin-uzadilmasi-ehtimali-75-dir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR