Şimali İrlandiyanın baş məşqçisinə İngiltərə klublarından TƏKLİF

Şimali İrlandiyanın baş məşqçisinə İngiltərə klublarından TƏKLİF
15:12 3 May 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqiblərindən olan Şimali İrlandiyada baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, rəqibimizin çalışdırıcısı Maykl Onil İngiltərə klublarının maraq dairəsindədir.

Belə ki, "Lester"dən sonra "Norviç" də Onili komandanın "sükanı arxası"na gətirmək niyyətindədi. Aleks Neylin istefasından sonra komandanı mövsümün sonuna qədər Alan İrvinə etibar edən Çempionşip klubu Onillə danışıqlara start verib.
 
"Norviç" rəhbərliyi çalışdırıcının müqaviləsinin pozulması təqdirində İrlandiya Futbol Assosiasiyasına tələb olunan 750 min funt-sterlinqlik təzminat haqqını ödəməyə də hazırdı. Ötənilki Avropa çempionatından sonra assosiasiya ilə yeni 4 illik sazişə qol çəkən Onil hələlik bu təklifi cavablandırmayıb.
 
Qeyd edək ki, Şimali İrlandiya DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisinə qarşı keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR