Ukraynadakı səfirimiz Azərbaycan mətbuatına müraciət etdi

Ukraynadakı səfirimiz Azərbaycan mətbuatına müraciət etdi
15:19 3 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan mətbuatına müraciət edib.
 
APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, son zamanlar yerli mətbuatda Ukraynada yaşayan bəzi azərbaycanlıların problemləri və o cümlədən aktiv fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə bağlı məlumatlar şişirdilir.
 
Bildirilir ki, bu kimi yazılar ölkənin imicinə zərbə vurur: “Qeyd etmək lazımdır ki, Azərbaycanla Ukrayna arasında tarixi köklərə əsaslanan xüsusi dostluq və strateji əlaqələr mövcuddur və çoxsaylı oxucu kütləsini cəlb etmək üçün yazılan bu kimi sensasiya xarakterli yazılar bu münasibətlərə təsir edə bilməz. Hətta Azərbaycan şirkətləri və azərbaycanlılar hansısa çətinliklərlə üzləşsə belə, bu məsələlər işgüzar səviyyədə, iki ölkənin hökumətləri arasında qarşılıqlı anlaşma əsasında həll olunur”.
 
Qeyd olunub ki, Azərbaycanla Ukrayna arasında bütün səviyyələrdə qarşılıqlı anlaşma və yüksək siyasi dialoq mövcuddur. Bütün bunları nəzərə alaraq, Ukraynanın Azərbaycandakı səfirliyi kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, Azərbaycan-Ukrayna əlaqələrinə dair materiallar dərc edilərkən səfirliklə razılaşdırılsın və razılıq olmadan səfirliyin adından məqalələr dərc olunmasın.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR