Millimiz Özbəkistanla qarşılaşacaq

Millimiz Özbəkistanla qarşılaşacaq
15:22 3 May 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Özbəkistanda təlim-məşq toplanışı başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz 2 yoldaşlıq görüşü keçirəcək.

Komandamız hər iki qarşılaşmada meydan sahiblərinin U-19 yığması ilə üz-üzə gələcək. İlk oyun bu gün, ikinci matç isə mayın 5-də baş tutacaq.
 
Vüqar Məmmədli toplanışda Günay İsmayılova, Roza Quliyeva, Rövşanə Sərdarlı (hər üçü "Fidan"),  Nigar Abdulova, Həqiqət Qasımova, Vüsalə Hacıyeva, Aynur Zeynalova (hamısı "Təhsil"),  Ayşən Əhmədova, Vüsalə Seyfətdinova (hər ikisi Sumqayıt), Cəmilə Hüseynova ("Məşəl"), Nino Qurqenidze ("Martve", Kutaisi, Gürcüstan), Firəngiz Teymurova, Muazzez Yagmur Ozkumru (hər ikisi "Konak Bellediyespor", İzmir, Türkiyə), Kristina Bakarandze, Manə Mollayeva, Leyli Qurbanova, İlahə Nuriyeva (hamısı Zaqatala), Diana Məmmədova ("Krasnoyarsk", Rusiya) və Ülkü Özdemiri ("Montabaur", Almaniya) sınaqdan çıxaracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR