Çexiya Futbol Assosiasiyasının prezidenti həbs olunub

Çexiya Futbol Assosiasiyasının prezidenti həbs olunub
15:22 3 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Çexiya Futbol Assosiasiyasının (ÇFA) prezidenti Miroslav Pelta həbs olunub.
“Report”un “Seznam” portalına istinadən verdiyi məlumata görə, 53 yaşlı futbol funksioneri assosiasiya tərəfindən qrantların verilməsi prosesində maliyyə fırıldağına yol verməsi ittihamı ilə saxlanılıb.
Bildirilir ki, M.Peltanın həbsi Çexiya polisinin idman sektoruna investisiyaların qoyulmasına dair aparılan araşdırma çərçivəsində həyata keçirilib. ÇFA-nın və “Yablonets” klubunun ofisində axtarış aparan hüquq mühafizə orqanları assosiasiya rəhbəri ilə yanaşı daha 3 futbol funksionerini də saxlayıb.
Qeyd edək ki, Miroslav Pelta 2011-ci ildən ölkəsinin futbol qurumuna rəhbərlik edir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cexiya-futbol-assosiasiyasinin-prezidenti-hebs-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR