Fəzail Ağamalıya nə olub?

Fəzail Ağamalıya nə olub?
16:05 3 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Fəzail Ağamalının səhhətinin qaydasında olmaması ilə bağlı xəbərlər yayılıb. Məlumatda deputatın məhz bu problemə görə xaricə müalicəyə getdiyi də qeyd edilib. 

Milli.Az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı Fəzail Ağamalının rəhbəri olduğu Ana Vətən Partiyası ilə əlaqə saxlayıb. Partiyadan bildirib ki, deputat dincəlmək üçün xaricə gedib. O, gələn həftə işinin başına qayıdacaq. 

Xatırladaq ki, F. Ağamalı parlamentin ötən gün keçirilən plenar iclasına da qatılmayıb. Həmçinin aprelin 20-də İnsan Hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirdiyi iclasda da üzürlü səbəbdən iştirak etməyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR