Həccə gedən indoneziyalılar Bakını da ziyarət edəcəklər

Həccə gedən indoneziyalılar Bakını da ziyarət edəcəklər
16:07 3 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 3 may. REPORT.AZ/ İndoneziyanın Turizm İdarəsi Həccə gedən indoneziyalı zəvvarlar üçün oradan Bakıya tur paketləri hazırlamağı planlaşdırır.
Bunu "Report"un Şimal bürosuna İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie deyib.
Onun sözlərinə görə, bu ideyanı Səfirlik irəli sürüb: "İndoneziyalıların daha çox səyahət etdiyi ölkələr siyahısına Azərbaycanı da daxil etməkdə maraqlıyıq. Çünki, Azərbaycanın geniş turizm potensialı var. Hazırda bu məsələnin üzərində işləyirik”.
Səfirin sözlərinə görə, il ərzində İndonazeyidan Ümrə ziyarətinə 7 milyon insan gedir: "Gün ərzində 19 min indoneziyalı Ümrəyə ziyarətinə gedir. Bundan başqa, İndoneziya vətəndaşları əsasən, Özbəkistana, Türkiyəyə, İordaniyaya səfər edirlər". 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/hecce-geden-indoneziyalilar-bakini-da-ziyaret-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR