Bakıda Narkoloji Mərkəzin həyətində 31 yaşlı kişi damarlarını doğrayıb

Bakıda Narkoloji Mərkəzin həyətində 31 yaşlı kişi damarlarını doğrayıb
16:07 3 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Bakıda intihara cəhd hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Ziğ yolu 13 ünvanında qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü E.Hüseynbəyov orada yerləşən Narkoloji Mərkəzin həyətində ülgüclə hər iki qolunu kəsərək intihara cəhd edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Hüseynbəyov Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub. Onun narkotik maddə aludəçisi olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-narkoloji-merkezin-heyetinde-31-yasli-kisi-damarlarini-dograyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR