FED bu gün dolları bahalaşdıra bilər

FED bu gün dolları bahalaşdıra bilər
16:27 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası yekunlaşır.
"Report"un analitik qrupu bildirir ki, iclasda uçot dərəcəsinin artırılması gözlənilməsə də, yekun qərar mətnində iyun ayında keçiriləcək növbəti iclasda faizlərin artırılacağına dair siqnalların verilməsi dolları möhkəmləndirə bilər.
"Moody's" Beynəlxalq Reytinq Agentliyinin direktoru Rayan Svit (Ryan Sweet) hesab edir ki, FED ilin ilk rübündə ABŞ iqtisadiyyatındakı zəif göstəriciləri müvəqqəti hal olduğunu bildirərək bunu diqqətə almayacaq: "Növbəti iclasa 6 həftə qaldığını nəzərə alsaq, FED-in dəqiq bir şey söyləyəcəyini düşünmürəm". 
Direktor həmçinin xatırladıb ki, FED monetar sərtləşdirmə prosesi zamanı sürprizlər etməyi sevmədiyindən, böyük ehtimalla iyunda faizləri artıracaq. Qeyd edək ki, hazırda iyun ayında uçot dərəcəsinin artırılması ehtimalı qlobal bazarlarda 70% təşkil edir.
"Report"un analitik qrupu bildirir ki, bugünkü iclasda iyun ayında uçot dərəcəsinin artırılması barədə hər hansı fikirin səsləndirilməsi qlobal valyuta bazarında dolların məzənnəsinin artmasına gətirib çıxaracaq. Bu halda, əsas valyuta cütlüyü - avro/dollar məzənnəsi 1,08 USD/EUR-a kimi geriləyə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fed-bu-gun-dollari-bahalasdira-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR