İranda kömür mədənində partlayış

İranda kömür mədənində partlayış olub.

Metbuat.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal-qərbindəki Gülüstan vilayətinin Azadşəhr şəhərində baş verib.

Fövqəladə hallar idarəsinin yaydığı məlumatda deyilir ki, dağıntılar altında 50-dək fəhlə qala bilər.

XXX

İranda kömür mədənində baş vermiş partlayış nəticəsində 26 nəfər yaralanıb, iki nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, xilasedicilər yardımçı tunellər qazaraq mədəndə qalan fəhlələri xilas etməyə çalışırlar.

Bildirilir ki, partlayışa səbəb qaz sızması olub.

Təcili Tibbi Yardım təşkilatı bəyan edib ki, dərinliyi 1800 metr olan mədənin cənub hissəsində 50 nəfər, şimal hissəsində isə 40 nəfər qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR