İçki içən adamlar oruc tuta bilərmi?

Ramazan ayına sayılı günlər qalmış oruc tutmaq istəyənlər arasında bir çox suallar formalaşır.

Metbuat.az bildirir ki, həmin suallardan biri də içki içən şəxslərin oruc tutub-tutmamasıyla bağlıdır.

Spirtli içki içən şəxslər oruc tutmağa başlamazdan nə qədər əvvəl içkini tamamilə atmalıdır?

Bu barədə Türkiyə mediasında yer alan xəbərə əsasən,“Maidə” surəsinin 90 və 91-ci ayələrində deyilir ki, müsəlman onu sərxoş edən içkilərdən uzaq olmalıdır. Fəqət, onun haram olduğunu bildiyi halda içki içib namaz qılan, oruc tutanlar da ola bilər. Spirtli içki içmək haramdır. Lakin insan harama əl atır deyə Allahın əmrlərindən uzaq qala bilməz. Bu əmrləri yerinə yetirməsi həmin şəxsi zamanla haramlardan uzaqlaşdırır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib ki, spirtli içki içən adamlar oruc tuta bilər:

İçkinin günah olduğunu bütün müsəlman dünyası birmənalı olaraq qəbul edib. Hətta içki içən şəxslərin arasında vasitəçi olmaq, şərait yaratmaq da günahdır. Qaldı ki, içki içən insan oruc tuta bilərmi? Oruc Allahın ona etdiyi əmrdir. İçki çəkilməsi vacib olan bir əmrdir. Çəkinmirsə, deməli həmin adam günaha batır. Amma həmin adam oruc da tuta bilər. Müstəhəb olar ki, həmin adam içkini atsın. Ata bilmirlərsə, həmin adam içsə belə, oruc tuta bilər. Bəlkə, orucun hesabına içkidən uzaqlaşa bilər. Haram maddə bədənə girirsə, o, 40 gündən tez həll olunmur. Bu səbəblə, müddət deyilirsə, bu rəqəm 40 gündür”.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR