I Divizionda aprel ayının ən gözəl qolları - VİDEO

I Divizionda aprel ayının ən gözəl qolları - VİDEO
16:42 3 May 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

PFL-dən Milli.Az-a verilən məlumata görə, artıq 6-cı dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdiriləcək.

I Divizionda vurulan ən yaxşı qol (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər.

Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. Başa çatan aprel ayının ən yaxşı qolu artıq saytda yerləşdirilib.   

Sorğu 10 maya qədər qüvvədə olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

I Divizionda aprel ayının ən gözəl qolları


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR