Türk kinosunun ovsunlayıcı gözəli: Mələyin cazibədarlıq SİRLƏRİ - FOTOLAR

Türk kinosunun ovsunlayıcı gözəli: Mələyin cazibədarlıq SİRLƏRİ - FOTOLAR
16:58 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bensu Soral “İçerde” serialında canlandırdığı Mələk rolu sayəsində məşhurlaşıb. Aktrisa modellik sahəsində də kifayət qədər populyarlıq qazanıb.

Bunlarla yanaşı gənc ulduz təmtəraqlı mərasimlərdə həmişə zərif obrazlarda görünür və çoxsaylı pərəstişkarlarını qüsursuz makiyajları ilə heyrətləndirir. Şübhəsiz ki, Bensu Soral əsl stil ikonasıdır. O, eksperimentlər aparmaqdan qorxmur və bir çox gözəllik tendensiyalarını sınaqdan çıxarır. Bunun üçün aktrisa müxtəlif gözəllik ayinlərini həyata keçirir. Gəlin onları birlikdə nəzərdən keçirək.

Publika.az oxucuları aktrisanın gözəllik sirləri ilə tanış edib.

Enerjisi və gözəlliyi ilə qısa müddətdə geniş pərəstişkar ordusu toplayan Bensu Soral Barbara Palvin, Kara Delevin kimi dünya şöhrətli modellərə bənzədilir. Xüsusilə yaşıl rəngli gözləri ona təbii, məsum və sadəlövh ifadə verir.

Təbii gözəllik

O, şou dünyasının qadınları ideallaşdırmağa və çərçivələrə salmasına çalışmasına qarşı çıxır. Bir çox ulduzlardan fərqli olaraq aktrisa təbii gözəlliyə olduqca əhəmiyyət verir. Son zamanlarda qalın qaşlı, dişləri aralı olan və kök modellərin sayəsində trend olan qüsurlu gözəllik anlayışını Bensu Soral da dəstəkləyir. Çoxlarının rəğbətini qazanan təbii görünüşlü qalın qaşları da bunu bir daha sübut edir. Təbiiliyiə üstünlük verən Bensu saçlarını boyamağı xoşlamır, sadəcə aralarına kölgə atdırmaqla kifayətlənir.

Bensu Soral makiyajı

Aktrisa qüsursuz dərisini makiyajla dənf etmir. Makiyajın dərini viran qoyduğunun fərqində olan bir qadın kimi vacib görüşü olmadıqca demək olar ki, makiyaj etmir. Makiyaj etməli olduğu zaman isə bb krem, pomada və sadəcə ənlikdən istifadə edir. Makiyajını yüngül göz makiyajı və açıq rəngli pomadalarla tamamlamağa üstünlük verir. Bütövlükdə cavan və təbii gözəlliyini pastel tonlarda makiyajla vurğulayır. Şaftalı ənliklər, nar çiçəyi dodaqlar favoritləri arasındadır. Onun üçün dəri sağlamlığı da mühüm olduğundan dermokosmetik məhsullar istifadə etməyə diqqət göstərir. Təbii görünüşün əhəmiyyətli olduğunu vurğulayan aktrisa tərləməyə qarşı, yüngül, qalıcı və üç müxtəlif yağ tərkibli “Lasting Performance” tonal kremindən istifadə edir:

“Artıq mənə necə bir makiyaj yaraşdığını artıq bilirəm. Anladım ki, gözəl görünmək üçün ağır makiyajı deyil, pastel rənglərin olduğu yüngül rənglər seçməliyəm”.

Bensu Soralın dəri baxımı

Daimi çəkilişlərdən dolayı makiyaj etməli olan aktrisa dəri baxımına xüsusi önəm verir. Türk kinosunun ovsunlayıcı ilahəsi ana və nənələrimizdən bizə miras qalan gözəllik maskarlarını tətbiq edir. Məsələn, dərsini ev şəraitində ballı limonlu maskalar və qəhvə qalığı ilə pilinqi təmizləyir. Bununla yanaşı, dərini günəşdən qoruyan SPF tərkibli nəmləndirici məhsullar onun əvəzolunmazlarıdır.

Bensu Soral üçün gözəlliyin açarı həyat tərzidir!

Sağlam həyat tərzinin qadın gözəlliyinə təsiri danılmazdır. Gözəllik yuxularına gedən qadınların əksinə olaraq Bensu çox yuxunun enerjisini azaltdığını düşünür. Erkən qalxır və ancaq sağlam qidalanma üzrə mütəxəssisinin göndərdiyi yeməkləri yeyir. Sözsüz ki, idmanın da onun həyatında böyük rolu var.

Bensu Soralın gözəllik anlayışı

Aktrisa da “Çirkin qadın yoxdur, baxımsız qadın vardır” düşüncəsində olanlardır. Eyni zamanda belə hesab edir ki, ifadəli baxışlar qadın gözəlliyini daha nəzərəçarpan edir. Kino ulduzunun qənaətinə görə, kəskin baxışları olan qadınlar daha gözəl görünür:

“Bir qadının qamətli duruşu, ifadəli baxışı, qüsursuz danışığı, iti zəkası və özənə inamı ilə insanlara təsir etmək qüvvəsinə malikdir”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/197427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR