"İşdən gələndə gördüm ki, yanır" - Kürdəmirdə ev kül oldu - VİDEO - FOTO

"İşdən gələndə gördüm ki, yanır" - Kürdəmirdə ev kül oldu - VİDEO - FOTO
17:12 3 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə də yanğın hadisəsi qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evdə baş verib.

Sevinc Orucova - Ev sahibi: "İşdən gələndə gördüm ki, ev yanır. Qısaqapanmadan olub".

Sərhəd Orucov - Zərərçəkənin qardaşı: "Qapımız açıldı ki, qardaşının evi yandı. Mən içəri girəndə gördüm ki, evin dörd bir tərəfi yanır".

Nəticədə evin 1 otağının və aynabəndin yanar konstruksiyaları 48 m2 sahədə yararsız hala düşüb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"İşdən gələndə gördüm ki, yanır" - Kürdəmirdə ev kül oldu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/541353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR