KİV: Almaniya və Aİ Böyük Britaniyanın seçki kampaniyasına müdaxilə edir

KİV: Almaniya və Aİ Böyük Britaniyanın seçki kampaniyasına müdaxilə edir
17:42 3 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Almaniya və Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın Baş naziri Terezy Meyin nüfuzuna xələl gətirmək üçün bu ölkənin seçki kampaniyasına müdaxilə edir.
"Report" xəbər verir ki, bu barədə T.Meyə yaxın mənbələrə istinadən "The Daily Thelegraph" məlumat yayıb.
Nəşrin yazdığına görə, Almaniya hökumətindəki və Aİ təsisatlarındakı yüksək çinli rəsmilər seçicilərin gözündə britaniyalı baş nazir mövqeyini zəiflətmək üçün onun xüsusi görüşləri barədə konfidensial məlumatların sızmasını təşkil edib.
Mənbənin bildirdiyinə görə, T.Mey parlament seçkiləri ərəfəsində koordinasiyalı anlaşmanın qurbanına çevrilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-almaniya-ve-ai-boyuk-britaniyanin-secki-kampaniyasina-mudaxile-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR